Tərcümeyi-hal
İlham Üzeyir oğlu Bayramov 1970-ci ildə Zəngəzur mahalında anadan olub. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyətinə 1993-cü ildə Moskvada başlayıb. 1995–1996-cı illərdə Azərbaycan Elmlər Akademiyasında, 1996–1999-cu illərdə Dövlət Əmlak Komitəsində, 1999–2001-ci illərdə Dövlət Torpaq Komitəsində işləyib. 2005-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində şöbə rəisi, 2006–2009-cu illərdə həmin Xidmətin rəis müavini olub. 2009–2013-cü illərdə özəl sektorda informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışıb.
2013–2014-cü illərdə “Azərsu” ASC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları departamentinin rəisi, 2014–2018-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri və nazirin müşaviri, 2018–2021-ci illərdə Azərbaycan Sənaye Korporasiyası ASC-də İstehsal və Əməliyyatlar departamentinin direktoru, 2021-ci ildən 2024-cü ilin noyabrınadək “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin baş direktoru işləyib. 2016-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
19 noyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini təyin edilib.
Təhsil
- 1987–1992 — M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Torpaqşünaslıq və aqrokimya fakültəsi
- 2002 — Silahlı Qüvvələrin Hərbi Akademiyası, “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kursları”
- 2006–2009 — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Rəhbər kadrların ixtisasının artırılması fakültəsi (fərqlənmə ilə)