Tərcümeyi-hal
Xəyyam Fəxrəddin oğlu Məmmədov 1975-ci ildə Moskva şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1997-ci ildə başlayıb, 2020-ci ilədək xarici investisiyalı şirkətlərin törəmə müəssisələrində hüquqşünas, baş direktorun müavini və rəhbər vəzifələrdə, həmçinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri işləyib. 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini təyin edilib, sonra baş icraçı direktorun birinci müavini olub.
Prezidentin sərəncamları ilə 22 fevral 2021-ci ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, 16 may 2022-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının, 16 iyul 2022-ci ildə “Azərsığorta” ASC-nin Direktorlar Şurasının üzvü təyin edilib. 19 noyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini təyin edilib.
Təhsil
1997-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi ixtisası üzrə dissertantdır.