Əsas məzmuna keç
Əsgər Adil oğlu Rəsulov
Foto: Qafqazinfo

Əsgər Adil oğlu Rəsulov

İdarə rəisi

Milli Arxiv İdarəsi

Mənbə: nk.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Əsgər Adil oğlu Rəsulov 1954-cü il martın 3-də Naxçıvan şəhərində anadan olub. 1960–1970-ci illərdə Naxçıvandakı Əkbər Ağayev adına 1 saylı orta məktəbdə oxuyub. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk dili şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə filologiya üzrə fəlsəfə doktoru, 2005-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsini alıb.

1976–1980-ci illərdə SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə Türkiyədə tərcüməçi işləyib. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, 1981-ci ildən müəllim, 1985-ci ildən baş müəllim, 1987-ci ildən dosent, 2007-ci ildən professor vəzifələrində çalışıb. 1989–1992-ci illərdə SSRİ-nin Ankaradakı səfirliyində tərcüməçi olub.

2012-ci ilin noyabrında Milli Arxiv İdarəsi rəisinin müavini təyin edilib. 2018-ci ildə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi təyin edilib. Türk dilinin ilk dərsliyi də daxil olmaqla təxminən 10 kitabın, 15 proqramın və 100-dən çox elmi məqalənin müəllifidir.

Səhv görürsünüz? Redaksiyaya yazın

Xəbərlərdə