Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq

Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
28.03.2024 09:48
Aa
dəq

Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edilib.

Bildirilib ki, DTX tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur:

"Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 3890 vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi, işğaldan azad olunmuş ərazilərdə kütləvi məzar yerlərinin müəyyən olunması, meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsi istiqamətində hazırda intensiv iş aparılır. Görülən tədbirlər nəticəsində 107 itkin düşmüş şəxsin eyniləşdirilməsi təmin edilmiş, onların sırasından 1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunmuşdur. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaqdır. İtkin düşmüş vətəndaşlarımızın axtarışı kimi həssas məsələ ilə əlaqədar dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan mühüm tapşırıqlar bundan sonra da tam və vaxtında icra ediləcəkdir".

 

Həftənin ən çox oxunanları

Mikayıl Cabbarov və Samir Şərifovla bağı SƏRƏNCAM

Mikayıl Cabbarov və Samir Şərifovla bağı SƏRƏNCAM
DAVAMIN OXU davamın oxu

Bu şəxslər təltif olunub - SƏRƏNCAM

Bu şəxslər təltif olunub - SƏRƏNCAM
DAVAMIN OXU davamın oxu

Laçının Sus kəndinə ilk dəfə köçürüləcək ailələr arasında püşkatma olub

Laçının Sus kəndinə ilk dəfə köçürüləcək ailələr arasında püşkatma olub
DAVAMIN OXU davamın oxu

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
DAVAMIN OXU davamın oxu

Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var

Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
DAVAMIN OXU davamın oxu