Əsas məzmuna keç

Bakıda yüksək maaşla işçi axtarılır - Əməkhaqqı 66 181 manatdır

Bakıda yüksək maaşla işçi axtarılır - Əməkhaqqı 66 181 manatdır

Beynəlxalq Əmək Təşkilatı (BƏT) Bakıda yeni vakansiya elan edib. Təşkilat "Senior Project Administrative Assistant" (Baş layihə üzrə inzibati assistent)...

en ru tr

Beynəlxalq Əmək Təşkilatı (BƏT) Bakıda yeni vakansiya elan edib. "Senior Project Administrative Assistant" (Baş layihə üzrə inzibati assistent) vəzifəsinə işçi axtarır.

“Operativ Məlumat Mərkəzi-OMM”milli.az-a istinadla xəbər verir ki, vakansiya və Qazaxıstanda əmək təhlükəsizliyi, əməyin mühafizəsi və əmək müfəttişliyi sistemlərinin gücləndirilməsini nəzərdə tutan layihə çərçivəsində elan olunub.

Seçiləcək namizəd layihənin inzibati və təşkilati işlərinə, tədbirlərin və ezamiyyətlərin planlaşdırılmasına, sənədləşmə prosesinə, büdcə və ödənişlərə nəzarətə, eləcə də hesabatların hazırlanmasına cavabdeh olacaq.

Vəzifə üzrə illik əməkhaqqı 66 181 manat müəyyən edilib. İş müddəti 2027-ci il fevralın 1-dən başlayaraq 16 həftə təşkil edəcək.

Namizədlərdən orta təhsil, inzibati sahə üzrə müvafiq hazırlıq və bu istiqamətdə ən azı 6 illik iş təcrübəsi tələb olunur. Həmçinin rəhbərlik təcrübəsi, Azərbaycan və ingilis dillərini mükəmməl bilmək əsas şərtlərdəndir. Rus dili biliyi isə əlavə üstünlük sayılır.

Bundan başqa, namizədlər Microsoft Word, Excel və PowerPoint proqramlarından istifadə etməyi, maliyyə, satınalma, sənədləşmə və inzibati prosedurları bilməlidirlər. Yüksək iş yükü və məhdud vaxt şəraitində işləmək bacarığı da tələb olunur.

Vakansiya üzrə müraciətlərin qəbulu 11 dekabr 2026-cı il tarixində başa çatacaq. Müraciətlər BƏT-in rəsmi işə qəbul portalı vasitəsilə qəbul edilir.

Qeyd edək ki, xarici ölkə vətəndaşları vakansiyaya müraciət etmək üçün Azərbaycanda qanuni yaşamaq və işləmək hüququna malik olmalıdırlar.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: brüt və xalis, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…