Əsas məzmuna keç

Azərbaycanda bu şəxslərə gündəlik işə görə 100 manat ÖDƏNİLƏCƏK

Azərbaycanda bu şəxslərə gündəlik işə görə 100 manat ÖDƏNİLƏCƏK

Azərbaycanda keçirilən beynəlxalq idman tədbirlərində baş hakimə gündə 100 manat, hakimlər briqadasının hər üzvünə və yarışın baş katibinə isə gündə 50...

en ru tr

Azərbaycanda keçirilən beynəlxalq idman tədbirlərində baş hakimə gündə 100 manat, hakimlər briqadasının hər üzvünə və yarışın baş katibinə isə gündə 50 manat ödənilməsi nəzərdə tutulur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ölkə ərazisində keçirilən respublika səviyyəli idman tədbirlərində baş hakimin xidmət haqqı 50 manat, hakimlər briqadasının hər üzvünün və yarışın baş katibinin gündəlik xidmət haqqı isə 25 manat təşkil edir.

Xidmət haqqı hakimlərə vəzifələrini yerinə yetirdikləri günlər üçün digər maddi növlərindən asılı olmayaraq ödənilir.

Tədbirin keçirildiyi şəhər və ya rayon hakimin faktiki yaşayış yeri olduqda, ona ezamiyyə xərcləri üzrə müəyyən edilmiş normalara uyğun yemək xərci də ödənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…