ABŞ-nin Nyu-York ştatında gözlənilən güclü yağışlar və şiddətli küləklə əlaqədar Nyu-York şəhərində, eləcə də bir neçə rayonda fövqəladə vəziyyət elan edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Şükranlıq Günü ərəfəsində yaxınlaşan güclü fırtına ilə əlaqədar Nyu-York şəhərində, həmçinin Nassau, Suffolk və Vestçester dairələrində fövqəladə vəziyyət elan edirəm", - qubernator Keti Hokul bildirib.
ABŞ-nin məşhur "Macy’s" univermaqlar şəbəkəsinin təşkil etdiyi ənənəvi Şükranlıq Günü paradının tarixi də dəyişdirilib.
Bildirilib ki, 26 noyabrda keçirilməsi planlaşdırılan parad noyabrın 28-nə təxirə salınıb. Bu qərar 100 ildən artıq müddətdə ilk dəfə qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl qonşu Nyu-Cersi ştatında da fövqəladə vəziyyət elan olunub.