Əsas məzmuna keç

ABŞ-da 71 məktəbli qız yeraltı tuneldə azdı

ABŞ-da 71 məktəbli qız yeraltı tuneldə azdı

Nyu-York ştatında ekskursiya zamanı yoxa çıxan şagirdlər kanalizasiya sistemində tapılıb.

en ru

ABŞ-nin ştatında yerləşən "Toras Emachu" yəhudi məktəbinin 71 şagirdi ekskursiya zamanı gözlənilməz vəziyyətlə üzləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Monsey şəhərindən olan qızlar "Memorial Park" ərazisində gəzintidə olarkən, yaxınlıqdakı dərə yatağını izləyərək sularını toplayan böyük drenaj tunelinə daxil olublar.

Bir müddət sonra şagirdlərin yoxa çıxması ilə bağlı həyəcanlı anlar yaşanıb.

Gənc qızların axtarışı "Memorial Park" ərazisində patrul xidməti aparan əməkdaşının sayıqlığı nəticəsində uğurla yekunlaşıb. Belə ki, polis məmuru Nyack qəsəbəsindəki kanalizasiya qapaqlarından birindən çıxan şagirdləri müşahidə edib.

Məlumata görə, qızlar tunellərdə təxminən 800 metr məsafə qət ediblər.

Yönlərini itirmələrinə baxmayaraq, şagirdlər öz imkanları ilə çıxış yolu tapmağa müvəffəq olublar.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları qrupun tam heyətlə sağ-salamat tapıldığını təsdiqləyib.

İnsident zamanı iki yüngül xəsarət alıb. Onlardan biri hadisə yerində ilkin tibbi yardım alıb, digəri isə qarın nahiyəsindəki ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib. Hazırda polis hadisənin təfərrüatlarını araşdırır və şahidlərdən əlavə məlumatlar toplayır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…