Braziliya millisinin keçmiş hücumçusu Ronaldinyo peşəkar karyerasını başa vurduqdan illər sonra futbol meydanına qayıtmaq qərarının səbəbini açıqlayıb. O, bu addımın “Ravenna” klubunun prezidenti İqnatsio Çiprianı ilə dostluğu və gələcək planları ilə bağlı olduğunu deyib.
“Həyatımda xüsusi, təkrarı olmayan bir an yaşamaq istəyirəm. Ümid edirəm ki, bu gün digər oyunçular üçün də xüsusi olacaq. Karyeramı bitirdikdən sonra geriyə baxdım və istədiyim hər şeyi qazandığımı anladım. İndi yenidən futbol oynamaq imkanım var və bundan zövq alıram. Azarkeşlərə də gözəl gün yaşatmaq istəyirəm. Bu yeni macəraya böyük məmnuniyyətlə başlayıram”, – deyə Ronaldinyonun sözlərini “Football Italia” yayıb.
46 yaşlı braziliyalının “Ravenna”nın heyətində debütünü “Forli” ilə C Seriyası matçında etməsi gözlənilir.