Braziliyalı keçmiş futbolçu Ronaldinyo Lionel Messinin Argentina millisindəki vida matçından əvvəl ona dəstək mesajı ünvanlayıb. O, sosial şəbəkə hesabında argentinalı hücumçu ilə bağlı fikirlərini bölüşüb.
Ronaldinyo Messinin hekayəsinin ilk günündən bir parçası olmağı böyük sevinc adlandırıb. O, argentinalı futbolçunun insanlara futbolu sevdirib onları güldürdüyünü, adının isə ölkəsinin və dünya futbolunun tarixinə yazıldığını vurğulayıb.
Braziliyalı keçmiş futbolçu dünya çempionu olmaqla uşaqlıq arzularını gerçəkləşdirdikləri anın onlara böyük sevinc yaşatdığını qeyd edib. O, Messinin komandası və ölkəsi üçün əlindən gələni etdiyini yazaraq, ailə ilə bağlı məsələlərin insanı həyatı yenidən dəyərləndirməyə vadar etdiyini bildirib. Ronaldinyo dostuna həyatdan zövq almağı və hər zaman ən yaxşısını arzulayıb.
Argentina – Benin yoldaşlıq oyunu Messinin milli komandada son matçı olacaq. Görüş oktyabrın 6-dan 7-nə keçən gecə keçiriləcək. Moskva vaxtı ilə saat 02:00-da başlanacaq matç Bakı vaxtı ilə saat 03:00-a təsadüf edir.