Əsas məzmuna keç

ABŞ-də güclü yağışlar daşqınlara səbəb olub

ABŞ-də güclü yağışlar daşqınlara səbəb olub

Nyu-York, Nyu-Cersi və Pensilvaniya ştatlarını əhatə edən leysan yağışları Nyu-Cersidə genişmiqyaslı daşqınlara yol açıb.

ru en

ABŞ-nin Nyu-York, ştatlarında yağan güclü , xüsusilə Nyu-Cersidə daşqınlara səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ mətbuatı yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, gecə saatları boyunca davam edən yağıntılar nəticəsində ştatın bir sıra ərazilərində avtomobil satışı məntəqələrindəki vasitələri su altında qalıb. Daşqınlar çoxsaylı ev və iş yerlərinə ciddi maddi ziyan vurub. Güclü yağışlar bəzi magistral yollarda da nəqliyyatın hərəkətinə mənfi təsir göstərib, bir çox ərazidə avtomobil yollarında hərəkət demək olar ki, dayanıb.

Bildirilib ki, yerli hakimiyyət orqanları yağıntıların gün ərzində davam edəcəyini açıqlayıb. Sürücülərə, xüsusilə yola çıxarkən ehtiyatlı olmaq və tədbirlərinə riayət etmək tövsiyə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…