Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında bir neçə gündür güclü leysan yağışları və onların səbəb olduğu daşqınlar davam edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə ən azı 62 nəfər həlak olub.
Təbii fəlakət nəticəsində 46 nəfər xəsarət alıb, mindən çox evə isə ziyan dəyib. Ştatın bəzi bölgələrində təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Xilasetmə qrupları su basmış ərazilərdə yaşayan insanları təhlükəsiz bölgələrə təxliyə edir.
Bundan əlavə, Hindistanın şərqində yerləşən Odişa ştatında 75 mindən çox insan daşqın təhlükəsi ilə əlaqədar təxliyə olunub.
Hakimiyyət orqanları bölgədə vəziyyəti nəzarətdə saxlamaq və zərərçəkənlərə yardım göstərmək üçün xilasetmə işlərini davam etdirir.