Əsas məzmuna keç

Yaponiyada güclü tayfunla bağlı xəbərdarlıq edildi

Yaponiyada güclü tayfunla bağlı xəbərdarlıq edildi

Saniyədə 126 kilometr sürətlə hərəkət edən “Dujuan” tayfununun Tokionun yaxınlığından keçəcəyi gözlənilir. Güclü yağış və külək nəqliyyatın hərəkətinə, eləcə də bir sıra tədbirlərə təsir edib.

en ru

Mövsümün 25-ci tayfunu olan “” Yaponiyanın şərq və mərkəzi bölgələrinə doğru irəliləyərək sistemində və ictimai həyatda ciddi axsamalara səbəb olub. Tayfunun Çiba prefekturasının Boso yarımadası ərazisindən keçəcəyi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi rəsmi məlumat yayıb.

Məlumata görə, mərkəzində küləyin sürəti saniyədə 35 metrə (saatda 126 ), havanın kəskin pisləşdiyi anlarda isə saniyədə 50 metrə (saatda 180 kilometr) çatan tayfun tufan və ilə müşayiət olunur. səbəbindən "All Nippon Airways" şirkəti Hacico adasına uçuşları təxirə salıb, Çiba və digər ətraflarda qatarların hərəkəti dayandırılıb. Sinoptiklər Tokai bölgəsində yağıntının 350 millimetrə çatacağını bildirərək daşqın və torpaq sürüşməsi xəbərdarlığı ediblər.

Tayfun ölkədəki 5 günlük tətil dövrünə və kütləvi tədbirlərə də mənfi təsir göstərib. “Rock in Japan” musiqi festivalı və “Tokyo Game Show” çərçivəsində bəzi proqramlar ləğv olunub. Eyni zamanda Aichi-Naqoyada təşkil olunan Asiya Oyunları daxilində atçılıq yarışları təxirə salınıb və bir sıra açıq hava tədbirlərində tamaşaçı iştirakı kəskin azalıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…