“Yuventus” Avropa Liqasının ümumi mərhələsinin IV turunda səfərdə AZ Alkmaarla qarşılaşıb və meydan sahiblərini 2:1 hesabı ilə məğlub edib.
Turin klubunun heyətində Ten Kopmeyners 19-cu dəqiqədə, Randal Kolo Muani isə 37-ci dəqiqədə fərqlənib. AZ Alkmaarın yeganə qolunu Meks Merdink əsas vaxtın bitməsinə iki dəqiqə qalmış vurub.
“Yuventus” 10 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Altı xalı olan AZ Alkmaar isə 15-ci yerdədir.