Yaponiya Meteorologiya Agentliyi (JMA) “Dujuan” tayfununun paytaxt Tokio və ətraf prefekturalar da daxil olmaqla ölkənin şərq hissəsində kəskin təsirini davam etdirdiyini elan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi rəsmi xəbərdarlıq yayıb.
Mütəxəssislər fəlakətin gətirdiyi şiddətli yağışların həftə ərzində davam edə biləcəyini diqqətə çatdıraraq sakinləri ehtiyatlı olmağa çağırıblar.
Yaponiyanın “Kyodo” xəbər agentliyinin verdiyi son məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə yüksəlib. Həlak olanlardan 6 nəfərinin Çiba, 3 nəfərinin isə Kanaqava prefekturasının sakinləri olduğu dəqiqləşdirilib.
Tayfunun törətdiyi daşqınlar və torpaq sürüşmələri fonunda itkin düşmüş 4 nəfərin tapılması istiqamətində axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir. Regionda fövqəladə xidmət orqanları gücləndirilmiş iş rejimində çalışır.