Əsas məzmuna keç

Putinlə Tramp bu məsələni müzakirə edə bilər

Putinlə Tramp bu məsələni müzakirə edə bilər

"Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp bu həftə Çində keçiriləcək görüş zamanı Rusiyanın Konstantinovkada humanitar missiyanın...

en ru

" Prezidenti Vladimir Putin və ABŞ Prezidenti bu həftə Çində keçiriləcək görüş zamanı Rusiyanın Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi ilə bağlı təklifini müzakirə edə bilərlər".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri deyib.

"Şübhəsiz ki, Tramp ilə ünsiyyət zamanı bu məsələnin müzakirə olunacağını istisna etmək olmaz", - Peskov qeyd edib.

O, Moskvanın tərəfindən bu missiyaya hazır olmaqla bağlı indiyədək hər hansı açıqlama eşitmədiyini bildirib.

ABŞ-nin birinci xanımı Melaniya Trampın yenidən vasitəçi və ya missiyanın təşkilatçısı kimi çıxış edib-etməyəcəyi ilə bağlı suala cavab verən Peskov onun əvvəlki humanitar prosesin başlanğıcında mühüm rol oynadığını vurğulayıb.

Peskovun sözlərinə görə, Melaniya Trampın komandası və Rusiyanın insan hüquqları üzrə müvəkkili Yelena Lantratova arasında artıq müəyyən təcrübə formalaşıb və bu təcrübədən istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, noyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin Moskvada ABŞ nümayəndələri ilə görüşündə Melaniya Trampın vasitəçiliyi ilə Xerson vilayətinin cəbhəyanı Oleşki şəhərində əldə olunmuş atəşkəs və humanitar razılaşma təcrübəsinin Konstantinovkada da tətbiqini təklif edib. Putin Rusiyanın təhlükəsizliyi təmin etməyə hazır olduğunu bildirib və ərazinin minalardan təmizlənməsinin beş gün çəkəcəyini qeyd edib.

Məlumat üçün bildirək ki, Donetsk vilayətində yerləşən Konstantinovka şəhəri hazırda aktiv döyüş əməliyyatları zonasındadır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…