İspaniyanın Kataloniya bölgəsində güclü yağışlar daşqınlara səbəb olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər isə itkin düşüb.
Kataloniya hakimiyyəti hava şəraiti ilə bağlı qırmızı xəbərdarlıq elan edib və sakinləri evlərində qalmağa çağırıb. Xəbərdarlığa səbəb yaxınlaşan fırtına və yeni güclü yağışların proqnozlaşdırılması olub.
Oktyabrın 3-dən başlayan leysan yağışları nəticəsində Barselona yaxınlığındakı Bellvis və Kornelya şəhərlərində evləri su basıb, çoxsaylı avtomobillər su altında qalıb.
Barselona hava limanında bir sıra reyslər hava şəraiti səbəbindən ləğv edilib və ya gecikib. Güclü yağışlar yerli dəmir yolu nəqliyyatının hərəkətinə də mane olub.
Bəzi mağazalar vaxtından əvvəl bağlanıb, futbol oyunları isə təxirə salınıb.