Əsas məzmuna keç

Hindistanda musson yağışları fəlakətə çevrildi: 164 nəfər həlak olub

Hindistanda musson yağışları fəlakətə çevrildi: 164 nəfər həlak olub

Ölkənin müxtəlif ştatlarında davam edən şiddətli yağışlar genişmiqyaslı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

ru en

Hindistanda mövsümi musson yağışlarının yaratdığı təbii fəlakətlər nəticəsində ölənlərin sayı artmaqda davam edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, rəsmi məlumatlara əsasən, ölkə üzrə ümumilikdə 164 nəfər həyatını itirib.

Məlumata görə, ən çox zərər çəkən bölgə Assam ştatı olub. Assam Ştatı Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına əsasən, daşqınlar nəticəsində 10-u uşaq olmaqla azı 88 nəfər ölüb.

Bildirilib ki, ölkənin cənubundakı Kerala ştatında güclü nəticəsində 26 nəfər həyatını itirib. Ştatın V. D. Satheesan 27 mindən çox sakinin evlərini tərk etdiyini, 11 nəfərin yaralandığını, 4 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Qeyd olunub ki, Qucarat ştatında yağışlarla əlaqədar 35 nəfər, Himaçal Pradeş ştatında isə 15 nəfər ölüb. Himaçal Pradeşdə həyatını itirənlərdən 14-ü sürüşməsi nəticəsində həlak olub.

Meteorologiya Departamenti (IMD) avqustun 5-dən 11-dək ölkənin müxtəlif bölgələrində şiddətli yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. Qurum əhalini ehtiyatlı olmağa və tədbirlərinə əməl etməyə çağırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…