Əsas məzmuna keç

Hindistanda daşqınlar: ölənlərin sayı 100-ə çatdı

Hindistanda daşqınlar: ölənlərin sayı 100-ə çatdı

Şiddətli musson yağışlarının yaratdığı təbii fəlakət nəticəsində 1 milyondan çox insan zərər çəkib, geniş ərazilər su altında qalıb.

en ru

Hindistanın ştatında davam edən güclü daşqınlar nəticəsində insan tələfatı artıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Assam Ştatının Fəlakətlərin İdarə Olunması Agentliyinin (ASDMA) son məlumatına görə, son sutka ərzində daha 2 nəfər daşqınların qurbanı olub. Bununla da, nəticəsində ölənlərin ümumi sayı 100 nəfərə çatıb.

Məlumata görə, ştatın 25 bölgəsində 1,1 milyondan çox insan daşqınlardan zərər çəkib. Assamın Himanta Biswa Sarma vəziyyətlə bağlı “X” hesabında açıqlama yayıb.

Güclü yağışlar bölgənin kənd təsərrüfatına da ciddi ziyan vurub. Mütəxəssislərin məlumatına görə, 16 min 951 hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.

Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr aylarında müşahidə olunan hər il və Pakistan da daxil olmaqla bir sıra ölkələrdə genişmiqyaslı daşqınlara, dağıntılara və insan tələfatına səbəb olur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…