Əsas məzmuna keç

Alleqri “Sabah”la oyunda Çempionlar Liqasına vəsiqə xalları qazanmaq istəyir

Alleqri “Sabah”la oyunda Çempionlar Liqasına vəsiqə xalları qazanmaq istəyir
— Foto: idman.biz

“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri pley-offa yüksəlmək üçün 10 xalın kifayət edəcəyini düşünür. O, komandasının “Sabah”, “Brügge” və “Vikinq”lə oyunlarda mübarizə aparacağını bildirib.

en ru

“”nin baş məşqçisi Massimiliano Alleqri UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə uğrunda “Sabah”la oyunda xallar qazanmağa ümid edir.

O, Çempionlar Liqasının dördüncü turunda “Portu” ilə keçiriləcək səfər matçı öncəsi mətbuat konfransında pley-offa yüksəlmək üçün 10 xalın kifayət edə biləcəyini deyib.

“Bu, son şansımız deyil. Düşünürəm ki, pley-offa vəsiqə qazanmaq üçün 10 xal kifayət edəcək. “Portu” ilə oyun vacibdir, lakin “Mançester Siti” ilə qarşılaşma, demək olar ki, öhdəsindən gəlmək mümkün olmayan vəzifə olacaq. Buna görə də növbəti mərhələyə vəsiqə uğrunda “Brügge”, “Sabah” və “Vikinq”lə oyunlarda mübarizə aparacağıq”, – Alleqri bildirib.

Üç oyundan sonra “Napoli” ümumi turnir cədvəlində 3 xalla 24-cü yerdədir. Eyni xala malik “Sabah” vurulan və buraxılan qolların fərqinə görə İtaliya klubundan geri qalır və 25-ci pillədə qərarlaşıb.

“Sabah” və “Napoli” 2027-ci il yanvarın 20-də Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Bakıda qarşılaşacaqlar. Görüş vaxtı ilə saat 21:45-də başlayacaq.

Noyabrın 4-də “Napoli” səfərdə “Portu” ilə, “Sabah” isə Norveçdə “Vikinq”lə üz-üzə gələcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…