ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərdə Demokratların qələbələri ölkə üzrə artıb. Partiyanın Texas, Cənubi Karolina və Ohayo kimi ənənəvi Respublikaçı dayaqlarında qazandığı nəticələr gözlənilməz olub.
AnewZ-nin məlumatına görə, ABŞ mediasının ilkin proqnozları Demokratların Konqresə nəzarəti ələ keçirəcəyini göstərib. Partiya Texas, Şimali Karolina, Cənubi Karolina, Nyu-Cersi və Kentukki daxil olmaqla ştatlarda Respublikaçıların azı səkkiz mandatını qazanıb.
Demokratların uğurları ilə yanaşı, seçkilər ABŞ siyasi həyatında bir sıra tarixi ilkə də yol açıb. Seçicilər, həmçinin Prezident Donald Trampın indiyədək yürütdüyü siyasətə narazılıqlarını ifadə ediblər.
Respublikaçıların dayaqlarında dəyişiklik
Kanzasda Adam Hilton hazırkı senator Rocer Marşallı məğlub edib. Bununla ştat 1932-ci ildən bəri ilk dəfə Demokrat senator seçib.
Texasda Ceyms Talariko 30 ildən artıq senator olmuş Ken Pakston üzərində qələbə qazanıb. Respublikaçıların dayağı sayılan ştatda bu nəticə seçkilərin ən gözlənilməz məğlubiyyətlərindən biri olub.
Ayova və Cənubi Karolina da Demokratların tərəfinə keçib. Mərhum senator Lindsi Qrehemin bacısı Darlin Qrehem Demokrat Enni Endrüsə uduzub.
Seçkilərdə qeydə alınan tarixi ilklər
Juliana Stratton, Anjela Alsobruks və Lisa Blant Roçester qalib gələrək ABŞ Senatında xidmət edəcək ilk üç qaradərili qadın olublar.
Kris Pappas Con Sunununu məğlub edərək Nyu-Hempşirdən senator seçilib. O, ABŞ tarixində açıq şəkildə homoseksual olduğunu bildirən ilk senator olub.
Miçiqanda həkim və senatorluğa namizəd Abdul El-Sayed Respublikaçı Mayk Rocersi məğlub edərək ABŞ-ın ilk müsəlman senatoru olub. O, səslərin 52 faizini qazanıb.
Digər tarixi ilklər arasında Nyu-Meksikoda ilk yerli amerikalı qadın qubernator Deb Haland, Corciyada ilk qaradərili qadın qubernator Kişa Lens Bottoms, Texasda ilk latın mənşəli qadın qubernator Cina Hinohosa və Ohayoda ilk qadın qubernator Emi Akton yer alıb.
Florida qubernatorluğunu qazanan Respublikaçı Bayron Donalds ştat tarixində bu vəzifəyə seçilən ilk qaradərili şəxs olub. O, həmçinin ABŞ ştatında qubernator seçilən ilk qaradərili Respublikaçıdır.
Respublikaçılar ümumilikdə çətin gecə yaşasalar da, Florida və Cənubun bəzi bölgələrində uğur qazanıblar. Florida Senatındakı yerlərini də qoruyublar: Eşli Mudi Demokrat Enci Niksonu məğlub edib.
Prezident Donald Tramp seçicilərə səsvermədə sanki özü namizəddirmiş kimi davranmağı söyləmişdi. Nəticədə onun dəstəklədiyi namizədlər Cənubi Karolina və Şimali Karolinada məğlub olublar: Darlin Qrehem və Maykl Uotli seçkini uduzub, Texasda isə Pakston ağır məğlubiyyətə uğrayıb. Trampın seçimləri Respublikaçıları qələbəyə ümid etdikləri ştatlarda müdafiə mövqeyinə çəkilməyə məcbur edib.
Tramp İranla müharibənin Respublikaçıların seçkidəki zəif nəticəsində rol oynadığını etiraf edib. Seçicilər əsasən ərzaq və yanacağın qiymətlərinə diqqət yetirib, bahalaşmaya görə prezidentin siyasətini, o cümlədən İranla müharibəni günahlandırıblar.
Seçici sorğuları Trampın 2024-cü ildə ona rəğbət bəsləməyə başlayan latın mənşəli və gənc seçicilər arasındakı dəstəyinin azaldığını göstərib. “AP Voter Polls” sorğusuna əsasən, seçicilərin dörddə üçü ölkənin gedişatından qəzəbli və ya narazı olduqlarını bildirib.