Əsas məzmuna keç

ABŞ ara seçkilərində Konqresə 7 müsəlman üzv seçilib

ABŞ ara seçkilərində Konqresə 7 müsəlman üzv seçilib

İlkin rəsmi olmayan nəticələrə əsasən, Abdul əl-Sayed Senata, altı namizəd isə Nümayəndələr Palatasına seçilib. Kaliforniyadan namizəd Aişə Vahabın yarışı üzrə nəticələr hələ açıqlanmayıb.

en ru

ABŞ-də keçirilən aralıq seçkilərinin nəticələrinə əsasən, müsəlman namizədlərin qanunverici orqanlarda təmsilçiliyi baxımından tarixi göstəricilər qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Miçiqan ştatından Senatlığa namizəd olan misirəsilli həkim və səhiyyə rəsmisi Abdul əl-Sayed (Abdul El-Sayed) Respublikaçı rəqibi Mayk Rocersi (Mike Rogers) üstələyərək qalib gəlib. O, tarixində Senata seçilən ilk müsəlman senator olaraq siyasi tarixə düşüb.

Konqresin aşağı palatasında da müsəlman icmasının təmsilçiliyi genişlənib:

Mövcud konqresmenlər mandatlarını qoruyub: İlhan Ömər (Minesota), Rəşidə Tlaib (Miçiqan), Latifa Simon (Kaliforniya) və Andre Karson (İndiana) yenidən seçilərək fəaliyyətlərini davam etdirəcəklər.

Qəzza könüllüsü Konqresdə: 2024-cü ildə Qəzzada könüllü həkim kimi fəaliyyət göstərən və Princeton şəhərində plastik cərrah kimi çalışan Adam Həməvi (Adam Hamawy) Nyu-Cersi ştatından Nümayəndələr Palatasına seçilib. Həməvi bu ştatdan Konqresə seçilən ilk müsəlman təmsilçidir.

Yeni simalar: Nyu-York ştatından namizəd olan Darializa Avila Şevalye də öz dairsəsində uğur qazanaraq mandat əldə edib. Kaliforniyadan olan namizəd Aişə Vahabın seçki dairəsində isə səslərin sayılması yekunlaşmaq üzrədir və o, yarışı öndə davam etdirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…