Əsas məzmuna keç

ABŞ Konqresinə aralıq seçkilərdə Demokratlar sorğularda öndədir

ABŞ Konqresinə aralıq seçkilərdə Demokratlar sorğularda öndədir

Noyabrın 3-də Nümayəndələr Palatasının bütün 435 yeri və Senatın 35 yeri uğrunda seçki keçiriləcək. Sorğular hər iki palatada Demokratların üstünlüyünü göstərsə də, nəticəni rəqabətin başabaş getdiyi dairələr müəyyən edə bilər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Birləşmiş Ştatlarda noyabrın 3-də ölkənin gələcək siyasi kursunu və qanunvericilik orqanındakı güclər nisbətini müəyyən edəcək dərəcədə mühüm olan Konqresə aralıq seçkiləri keçiriləcək. Səsvermə zamanı 435 yerlik Nümayəndələr Palatasının bütün heyəti və 100 yerlik Senatın 35 yeri uğrunda kəskin siyasi mübarizə aparılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ümummilli sosioloji sorğuların ortalama göstəricilərinə əsasən, Demokratlar Partiyası həm Nümayəndələr Palatasında, həm də Senatda müəyyən üstünlük nümayiş etdirir. Lakin analitiklər yekun nəticənin namizədlər arasında rəqabətin başabaş getdiyi kritik seçki dairələrində həll olunacağını bildirirlər.

Seçki öncəsi sorğuları və statistik göstəriciləri təhlil edən "RealClearPolitics" (RCP) analitik platformasının proqnozlarına görə, Senatda Demokratların 46, Respublikaçıların isə 44 yer qazanacağı ehtimal edilir.

Hazırda 10 ştatda namizədlərin şansları bərabər qiymətləndirilir. Proqnozlara əsasən, bu tərəddüd edən ərazilərdən 8-də Respublikaçılar, 2-də isə Demokratlar üstünlük qazanmağa daha meyillidir.

Siyasi ekspertlər diqqətə çatdırırlar ki, Respublikaçılar hərçənd sözügedən 10 ştatın yarısında qələbə qazanarlarsa və yerlər 50-50 nisbətində bölünərsə, konstitusiyasına uyğun olaraq Senatın sədri funksiyasını yerinə yetirən vitse-prezident Cey Di Vensin (JD Vance) bərabərliyi pozan həlledici səs hüququ sayəsində yuxarı palatada nezərəçarpan üstünlük təmin edə bilərlər.

435 yerin tamamının seçkiyə çıxarıldığı Nümayəndələr Palatasında mütləq çoxluğu əldə etmək üçün partiyalardan birinin ən azı 218 mandata yiyələnməsi tələb olunur.

"RealClearPolitics" platformasının mövqe hesablamalarına əsasən, hazırkı şəraitdə Respublikaçıların 182, Demokratların isə 227 mandat qazanacağı gözlənilir. Palatadakı 26 kritik dairə üzrə tərəflər arasındakı fərq kəskin şəkildə azalsa da, ümumi dinamika Demokratlar Partiyasının aşağı palatada nəzarəti ələ keçirmək şansının daha yüksək olduğunu göstərir.

Xatırladaq ki, hazırda ABŞ Senatında Respublikaçılar 53, Demokratlar isə 45 mandata sahibdirlər (2 müstəqil senator əsasən Demokratlarla birgə səs verir). Nümayəndələr Palatasında isə Respublikaçılar 218, Demokratlar 214, müstəqillər 1 yerə malikdirlər, 2 yer isə vakantdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…