Əsas məzmuna keç

Sabahın havası: Yağış və dolu YAĞACAQ

Sabahın havası: Yağış və dolu YAĞACAQ

Milli Hidrometeorologiya Xidməti oktyabrın 28-nə proqnozu açıqlayıb. Bakı və Abşeronda temperatur 19 dərəcəyədək yüksələcək, regionlarda dolu ehtimalı var.

en ru

Oktyabrın 28-də gözlənilən açıqlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.

Hava proqnozu

17° Bakıda indiBuludlu
  1. Bu gün Buludlu 18° 15°
  2. Sabah Tutqun 17° 16° yağış 36%
  3. Birisi gün Tutqun 17° 16°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…