Əsas məzmuna keç

Azərbaycanda sabah hava yağışlı olacaq

Azərbaycanda sabah hava yağışlı olacaq

Sinoptiklərin proqnozuna görə, payızın son günlərində ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə ediləcək, temperatur göstəriciləri aşağı düşəcək.

en ru

Bakıda və yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-19° isti olacaq. təzyiqi 769 mm civə sütunu, nisbi rütubət 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.

Hava proqnozu

17° Bakıda indiBuludlu
  1. Bu gün Buludlu 18° 15°
  2. Sabah Tutqun 17° 16° yağış 36%
  3. Birisi gün Tutqun 17° 16°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…