Əsas məzmuna keç

Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK

Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK

Milli Məclis "Telekommunikasiya haqqında" qanuna dəyişikliyi qəbul edib, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi operatorlar üçün yeni meyarlar tətbiq edir.

en ru

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər dəqiqləşdirildi Azərbaycanda telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilməsi təklif olunub.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bununla bağlı “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, qanunun 33.1.5-ci maddəsi operatorların telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərməsini nəzərdə tutur.

Layihədə qeyd olunub ki, qanunda işlədilən “standart, norma və qaydalar” və “telekommunikasiya xidmətlərinin standartları” ifadələri xidmətlərin göstərilməsi zamanı riayət edilməli konkret və məcburi tələbləri birmənalı müəyyənləşdirməyə imkan vermir. Bunun əksinə olaraq, “ göstəriciləri” anlayışı xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə və yoxlanıla bilən meyarları əhatə edir. Bu səbəbdən həmin anlayışın tənzimləmənin predmetini daha dəqiq əks etdirdiyi vurğulanıb.

Qeyd edilib ki, Rəqəmsal İnkişaf və Nazirliyinin Kollegiyasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənən “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən xidmətlərinin keyfiyyət göstəriciləri” sənədi telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı təmin edilməli konkret keyfiyyət göstəricilərini müəyyən edir. Bu göstəricilər xidmətlərin keyfiyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün əsas meyarları əhatə edir, operator və provayderlərin fəaliyyəti üçün məcburi tələblər kimi çıxış edir. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…