Əsas məzmuna keç

Sabah 21 dərəcə isti olacaq

Sabah 21 dərəcə isti olacaq

Sinoptiklərin proqnozuna görə, payızın ortasında Abşeron yarımadasında hava şəraiti mülayimləşəcək və temperatur normadan yüksək qeydə alınacaq.

en ru

Bakıda və yarımadasında oktyabrın 27-də 21 dərəcə isti olacaq.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-21° isti olacaq. təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə çiskinli yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Hava proqnozu

16° Bakıda indiGünəşli
  1. Bu gün Günəşli 18° 15°
  2. Sabah Az buludlu 19° 15°
  3. Birisi gün Tutqun 18° 16° yağış 37%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…