Əsas məzmuna keç

Ermənistanda 65 ünvanda axtarış aparılır: Karapetyanların evləri də yoxlanılır

Ermənistanda 65 ünvanda axtarış aparılır: Karapetyanların evləri də yoxlanılır

Ermənistan İstintaq Komitəsi Samvel Karapetyan və Narek Karapetyanın evlərində axtarış aparıldığını təsdiqləyib. Axtarışlar iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı istintaq çərçivəsində 65 ünvanda keçirilir.

en ru

İstintaq Komitəsinin müstəntiqləri "Güclü Ermənistan" partiyasının lideri Karapetyanın və eyniadlı parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evində axtarışlar aparırlar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Axtarışlar həmçinin Karapetyanlarla əlaqəli digər ünvanlarda da aparılır.

Qeyd edək ki, Samvel 2026-cı il yanvarın 19-dan ev dustaqlığındadır. O, 2025-ci ilin iyununda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə həbs olunub və ev dustaqlığı barədə qərara qədər Milli Təhlükəsizlik Xidmətinin cəzaçəkmə müəssisəsində saxlanılıb.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, İqtisadi cinayətlərin və qaçaqmalçılığın istintaqı üzrə Baş İdarə tərəfindən araşdırılan çərçivəsində eyni vaxtda 65 ünvanda axtarışlar aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…