Əsas məzmuna keç

Maskdan seçkilərə müdaxilə ilə bağlı zarafat: "Kosmik lazerlərim bu dəfə işləmədi"

Maskdan seçkilərə müdaxilə ilə bağlı zarafat: "Kosmik lazerlərim bu dəfə işləmədi"

“SpaceX”in qurucusu İlon Mask ABŞ Konqresinə aralıq seçkilərdə demokratların qələbə proqnozuna münasibət bildirib. O, seçkilərə müdaxilə üçün “kosmik lazerlərinin” bu dəfə işə yaramadığını yazıb.

en ru

merikalı milyarder, "" və "X" şirkətlərinin rəhbəri İlon Mask (Elon Musk) ABŞ-də keçirilən ara seçkilərdə Demokratlar Partiyasının gözlənilən qələbəsinə sarkastik zarafatla münasibət bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, milyarder bu barədə özünə məxsus "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Görünür, seçkilərə müdaxilə etmək üçün istifadə etdiyim lazerlər bu dəfə işləmədi", – deyə Mask zarafatla qeyd edib.

ABŞ Prezidenti bundan əvvəl Konqresə keçirilən səsvermənin yekunları ilə bağlı açıqlama verərək səsvermənin nəticələri ilə razılaşmağa və Senat ilə Nümayəndələr Palatasında üstünlüyü ələ keçirən Demokratlar Partiyası ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmişdi.

Qeyd edək ki, 3 noyabr seçkilərindən sonra medianın ilkin proqnozları Demokratların Nümayəndələr Palatasına nəzarəti Respublikaçılardan alacağını göstərir. "Bloomberg" agentliyi isə Demokratlar Partiyasının ABŞ Senatında da çoxluğu təmin etdiyini xəbər verib.

Öz növbəsində, Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ-dəki ara seçkilərlə bağlı situasiyanı qiymətləndirərkən baş verənlərin Birləşmiş Ştatların tamamilə daxili işi olduğunu diqqətə çatdırmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…