Əsas məzmuna keç

Tramp üçüncü dəfə prezidentliyə namizəd olmaq hüququna malik olduğunu deyib

Tramp üçüncü dəfə prezidentliyə namizəd olmaq hüququna malik olduğunu deyib

ABŞ prezidenti Donald Tramp 2020-ci il seçkilərində qələbəsinin “oğurlandığını” iddia edərək yenidən namizəd olmaq hüququna malik olduğunu bildirib. Bununla belə, o, Konstitusiyanın 22-ci düzəlişinin namizədliyinə mane ola biləcəyini də deyib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Birləşmiş Ştatlar Prezidenti Cənubi Dakotanın Syu-Fols (Sioux Falls) şəhərində seçicilər qarşısında çıxışı zamanı Konstitusiyasında prezidentlik müddəti ilə bağlı müddəalara və gələcək siyasi planlarına dair qalmaqallı bəyanatlarla çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2020-ci il seçkilərində nəticələrin saxtalaşdırıldığını iddia edərək, hüquqi baxımdan üçüncü müddətə namizədliyini irəli sürmək hüququna malik olduğunu düşündüyünü bildirib.

Ağ Ev rəhbəri ABŞ Konstitusiyasının 22-ci düzəlişinə işarə edərək, 2020-ci il seçkilərindəki iddialarını yenidən gündəmə gətirib:

“Düşünürəm ki, qanun buna şərait yaradır — 100 faiz əmin olmasam da, fikrimcə, hüquqi normalar yenidən namizəd olmağımı istisna etmir. Mən bu müddəanı araşdırmışam... Demokratlar 2020-ci il seçkilərində saxtakarlığa yol verdilər. Biz faktiki olaraq üç dəfə qalib gəlmişik. Məhz seçki nəticələrinin təhrif olunması səbəbindən yenidən namizədliyimi irəli sürmək barədə mənəvi və hüquqi haqqımın olduğunu düşünürəm”, – deyə Tramp bəyan edib.

Qeyd edək ki, ABŞ Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəliş eyni şəxsin iki dəfədən artıq (ardıcıl və ya fasilələrlə) Birləşmiş Ştatlar Prezidenti seçilməsini qəti şəkildə qadağan edir. Tramp bundan əvvəl üçüncü müddətə namizədlik barədə fərqli eyhamlar vursa da, sonradan bu ehtimalı rəsmi şəkildə təkzib etmişdi.

ABŞ-də cari ilin noyabr ayında mühüm aralıq seçkiləri keçiriləcək. Seçkilər çərçivəsində Konqresin Nümayəndələr Palatasının 435 üzvünün tamamı, eləcə də Senatın 35 üzvü (33 növbəti və Florida ilə Ohayo ştatlarından boş qalmış 2 xüsusi mandat üzrə) müəyyənləşəcək.

Birləşmiş Ştatlarda növbəti ümumi prezident seçkilərinin isə 2028-ci il noyabrın 7-də keçirilməsi planlaşdırılır. Həmin seçkilərin yekununda ABŞ-nin 48-ci prezidenti seçiləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…