Əsas məzmuna keç

Futbol üzrə Asiya Kuboku cüt illərdə təşkil olunacaq

Futbol üzrə Asiya Kuboku cüt illərdə təşkil olunacaq

Futbol üzrə Asiya Kuboku bundan sonra cüt illərdə keçiriləcək. “Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, Asiya Futbol Konfederasiyası (AFC)...

en ru

üzrə bundan sonra cüt illərdə keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, Asiya Futbol Konfederasiyası (AFC) turnirin formatını dəyişən nizamnamə düzəlişlərini təsdiq edib.

2027-ci il Asiya Kuboku hazırkı mövcud dövr üzrə sonuncu olacaq. Növbəti yarış 2032-ci ildə keçiriləcək, amma onun məkanı hələ müəyyənləşdirilməyib.

Yeni sistemə əsasən, konfederasiyanın seçki dövrü turnir tsiklinə uyğunlaşdırılacaq.

AFC prezidentinin növbəti seçkiləri 2027-ci ildə keçiriləcək. Seçilmiş şəxslər 2028-ci il yanvarın 1-də səlahiyyətlərinin icrasına başlayacaq və 2032-ci ilə qədər postlarında qalacaqlar.

Xatırladaq ki, 2027-ci ildə Asiya Kuboku yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında baş tutacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…