“Sabah”ın hücumçusu Coy-Lens Mikelsin Mönhenqladbax “Borussiya”sına qayıtmaq istəyi gerçəkləşməyə bilər. NTV-nin məlumatına görə, 32 yaşlı futbolçu Bundesliqada çıxış etmək niyyətindədir.
Mikelslə Almaniya klubu arasında danışıqlar aparılıb, amma tərəflər arasında rəsmi müzakirə olmayıb. Mönhenqladbax təmsilçisi hazırda futbolçunun transferində maraqlı deyil və onunla bağlı konkret planı yoxdur.
Ruanda millisinin üzvü qış transfer pəncərəsində “Sabah”dan ayrıla bilər. Onun xidmətində bir neçə komanda maraqlıdır. Futbolçunun Azərbaycan çempionu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Almaniya mətbuatının yazdığına görə, “Sabah” Mikels üçün münasib təklif alacağı təqdirdə onun transferinə icazə verməyə şifahi razılıq verib. Mümkün keçid üçün 400-500 min avro təzminat nəzərdə tutulur.
Ziqburqda doğulan Mikels 2005-ci ildə Mönhenqladbax “Borussiya”sının akademiyasına qoşulub və orada doqquz il hazırlıq keçib. Ancaq əsas komandada möhkəmlənə bilməyib.
Hücumçu 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 25 oyunda 19 qol vuraraq çempionatın bombardiri olub. O, “Sabah”ın tarixində ilk çempionluğunu qazanmasında mühüm rol oynayıb.