Əsas məzmuna keç

İran Yaxın Şərq ölkələrindən ABŞ-yə dəstəyi dayandırmağı tələb edib

İran Yaxın Şərq ölkələrindən ABŞ-yə dəstəyi dayandırmağı tələb edib

Tehranla döyüşlərin yenidən başlaması halında region dövlətlərinin Vaşinqtona dəstək verməməsi tələb olunub. İran parlamentinin komissiya üzvü Feda-Hüseyn Maleki bu barədə danışıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İran İslam Respublikası regionu ölkələrinə xəbərdarlıq edərək, Tehran ilə Birləşmiş Ştatlar arasında hərbi əməliyyatların növbəti fazası başlayacağı təqdirdə Vaşinqtona verilən hər cür dəstəyin dərhal dayandırılmasını tələb edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in "RİA Novosti"yə istinadən yaydığı məlumata əsasən, rəsmi Tehranın bu ultimatumu diplomatik kanallar vasitəsilə region dövlətlərinin rəhbərliyinə çatdırılıb.

İran İslami Şura Məclisinin (parlament) Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Feda-Hüseyn Maleki mövzu ilə bağlı açıqlamasında qonşu və regional ölkələrdən Birləşmiş Ştatlara göstərilən hər cür hərbi və logistik dəstəkdən imtina etmələrinin tələb olunduğunu bildirib.

İranlı deputat 40 günlük şiddətli qarşıdurma təcrübəsini xatırladaraq vurğulayıb:

“Keçmiş hərbi əməliyyatlar zamanı İran Silahlı Qüvvələri ABŞ-nin hücum və təcavüz üçün istifadə etdiyi istənilən ölkədə yerləşən hərbi bazaları və strateji obyektləri birbaşa hədəfə alaraq cavab zərbələri endirib. Region dövlətləri anlamalıdırlar ki, öz ərazilərini və hərbi bazalarını Birləşmiş Ştatların ixtiyarına vermək həmin ölkələri birbaşa münaqışə tərəfinə çevirir və zərbə altına qoyur”.

Eyni zamanda, ABŞ-nin "The New York Times" qəzetində yer alan təhlilə görə, Vaşinqton və İsrail rəhbərliyi Birləşmiş Ştatlarda keçiriləcək Nümayəndələr Palatası və Senata aralıq seçkilərdən dərhal sonra İrana karşı növbəti irimiqyaslı hərbi zərbələr endirmək ssenarisini nəzərdən keçirirlər.

Mütəxəssislər Tehranın xəbərdarlığını Yaxın Şərqdə yerləşən hərbi infrastrukturlarına ev sahibliyi edən ərəb dövlətlərinə qarşı çəkindirici diplomatik-hərbi təzyiq həmləsi kimi dəyərləndirirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…