Əsas məzmuna keç

İran BƏƏ və Küveytdəki ABŞ hərbi bazalarına hücum edib

İran BƏƏ və Küveytdəki ABŞ hərbi bazalarına hücum edib

İran Silahlı Qüvvələri raket və pilotsuz uçuş aparatları vasitəsilə ABŞ-ın regiondakı strateji obyektlərini hədəfə alıb.

en ru

İran İslam Respublikasının ordusu Birləşmiş Ərəb Əmirlikləri () və Küveytdə yerləşən hərbi bazalarına və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "IRNA" agentliyi İran hərbi qüvvələrinə istinadən məlumat yayıb.

Rəsmi məlumata görə, Küveytdə yerləşən "Əhməd əl-Cabir" bazasında ABŞ qüvvələrinə məxsus peyk rabitə sistemləri, avadanlıq anbarları və qırıcı təyyarələrin saxlanıldığı aerodromlar hədəfə alınıb.

Hücum nəticəsində bazadakı rabitə infrastrukturu və uçuş-enmə zolaqlarına ciddi ziyan dəydiyi bildirilib.

Bundan əlavə, BƏƏ-də yerləşən və ABŞ qoşunlarının logistik dəstək mərkəzi kimi fəaliyyət göstərən "Əl-Minhad" bazasına da zərbələr endirilib.

İran hərbçiləri hücumların ABŞ-nin "terrorçu qüvvələri" adlandırdıqları tərəflərə qarşı cavab tədbiri olduğunu bildiriblər.

İran Silahlı Qüvvələrinin bəyanatında qeyd olunub ki, ABŞ tərəfindən gələcək hər hansı təhdidə qarşı daha sərt və dağıdıcı cavablar veriləcək.

Rəsmi Tehran əməliyyatların "təcavüzkarın cəzalandırılmasına" qədər davam etdiriləcəyini bəyan edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Vaşinqtonun İran ərazisinə istənilən vaxt yeni zərbələr endirməyə hazır olduğunu açıqlamışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…