Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Küveytdəki ABŞ hərbi obyektlərinə zərbələr endirdi

1 dəq
Paylaş:
İran Küveytdəki ABŞ hərbi obyektlərinə zərbələr endirdi

İranın rəsmi mənbələri ölkə ordusunun Küveytdə yerləşən ABŞ-yə məxsus strateji obyektlərə və bölgədəki Amerika gəmisinə qarşı genişmiqyaslı hücum həyata keçirdiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tehranın yaydığı məlumata əsasən, pilotsuz uçuş aparatları (PUA) və raketlərdən istifadə edilməklə həyata keçirilib.

İran tərəfi hücumu “davam edən təcavüzə cavab” kimi qiymətləndirib. Rəsmi açıqlamada bildirilib ki, ABŞ-nin regiondakı hərbi mövcudluğuna və strateji obyektlərinə qarşı yönəlib. Hədəflər arasında ABŞ-yə məxsus hərbi gəminin də olduğu qeyd edilib.

Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi təsdiq və ya cavab açıqlaması verilməyib.

müşahidəçilər bildirirlər ki, baş verən insident Yaxın Şərqdə mövcud olan gərgin vəziyyətini daha da ağırlaşdıra bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax