Azərbaycan şahmatçıları Monteneqronun Budva şəhərində keçirilən klublararası Avropa Kubokunda medal qazanıblar.
Kişilərin yarışında “Vüqar Həşimov” 10 xalla 10-cu yeri tutub. Klubun heyətində çıxış edən Aydın Süleymanlı şəxsi nəticələrinə görə birinci lövhədə bürünc medal qazanıb.
Qadınların turnirində Serbiyanın “Sirmium Sremska Mitrovitsa” və Azərbaycanın “Odlar Yurdu” klubları hərəyə 10 xal toplayaraq üçüncü-dördüncü yerləri bölüşüblər. Əlavə göstəricilərə əsasən, “Odlar Yurdu” dördüncü sırada qərarlaşıb. Komandanın şahmatçısı Gülnar Məmmədova dördüncü lövhədə qızıl mükafata sahib çıxıb.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Baegan Pendik” klubu Avropa Kubokunun qalibi olub.