Əsas məzmuna keç

Tovuzda 7 aylıq körpə xilas edildi

Tovuzda 7 aylıq körpə xilas edildi

Tovuzda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib. Hadisə Tovuz şəhərinin Xəqani küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yerləşən...

en ru

Tovuzda bağlı arxasında qalan azyaşlı xilas edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hadisə şəhərinin Xəqani küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yerləşən hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə 7 aylıq uşaq qapı bağlanaraq evdə qalıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub. Azyaşlı əməkdaşları tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Məlumata görə, azyaşlının səhhətində heç bir problem yoxdur.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…