Əsas məzmuna keç

İran ABŞ-nin hücumları nəticəsində ölənlərin sayını açıqladı

İran ABŞ-nin hücumları nəticəsində ölənlərin sayını açıqladı

İran Səhiyyə Nazirliyi ABŞ-ın ölkəyə qarşı həyata keçirdiyi son hücumların rəsmi bilançosunu ictimaiyyətə təqdim edib.

en ru

ABŞ-nin İrana qarşı təşkil etdiyi son hücumların nəticəsində azı 18 nəfər həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur hesabında məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında 2 qadın və 1 uşaq da var.

Hücumlar zamanı ümumilikdə 142 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub.

Kermanpurun sözlərinə görə, yaralananların 61-i qadın, 44-ü isə 18 yaşından aşağı olan şəxslərdir.

İran rəsmisi bildirib ki, açıqlanan rəqəmlərin arxasında insan taleləri dayanır və hər bir itki bir ailə üçün böyük faciədir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…