Əsas məzmuna keç

Şimali Koreyanın Cənubi Koreya sərhədinə 960 min mina basdırdığı iddia olunur

Şimali Koreyanın Cənubi Koreya sərhədinə 960 min mina basdırdığı iddia olunur

Yonhap-ın məlumatına görə, Şimali Koreya 2024-cü ildən sərhəd istehkamlarını gücləndirir. Hərbi ekspertlər iki ölkəni ayıran silahsızlaşdırılmış zona boyunca 2 milyondan çox mina ola biləcəyini təxmin edirlər.

en ru

Respublikasının və Silahlı Qüvvələrinin Baş Qərargahı Koreya yarımadasındakı şərti sərhəd xəttində (KXDR) tərəfindən həyata keçirilən genişmiqyaslı hərbi-istehkam tədbirləri barədə ölkənin Milli Məclisini (parlament) rəsmi qaydada məlumatlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Cənubi Koreyanın "Yonhap" agentliyinin parlamentdəki mənbələrə istinadən yaydığı məlumata əsasən, Pxenyan rejimi 2024-cü ildən etibarən Koreyalararası şərti sərhəd boyunca hərbi təhlükəsizlik xəttini kəskin möhkəmləndirir.

Cənubi Koreya hərbi kəşfiyyatının göstəricilərinə görə, Şimali Koreya Silahlı Qüvvələri Hərbi Demarkasiya Xətti boyunca 960 minə yaxın yeni piyada əleyhinə mina yerləşdirib.

Təqdim olunan hesabatda Şimali Koreya hərbçilərinin təmas xəttində tikanlı məftil çəpərlərinin çəkilməsi, minalanma əməliyyatlarının genişləndirilməsi, tank əleyhinə ağır silahların və mühəndis-istehkam qurğularının yerləşdirilməsi istiqamətində aktiv fəaliyyət göstərdiyi təsbit olunub.

Hərbi ekspertlərin analitik qiymətləndirmələrinə görə, Cənubi Koreya tərəfinin də əvvəlki illərdə müdafiə məqsədilə basdırdığı minalar nəzərə alınmaqla, iki dövləti ayıran Silahsızlaşdırılmış Zona (DMZ) boyunca ümumilikdə 2 milyondan çox piyada və tank əleyhinə mina mövcuddur. Mütəxəssislər bu vəziyyətin regionda təhlükəsizlik risklərini artırdığını və humanitar mina təhlükəsini kəskinləşdirdiyini diqqətə çatdırırlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…