Əsas məzmuna keç

Şimali Koreya real döyüş sursatı ilə hərbi təlim keçirib

Şimali Koreya real döyüş sursatı ilə hərbi təlim keçirib

Pxenyan artilleriya sistemləri və pilotsuz uçuş aparatlarının iştirak etdiyi təlimdə inteqrasiya olunmuş silah idarəetmə sistemini sınaqdan keçirib.

en ru

real döyüş sursatından istifadə etməklə hərbi təlim keçirdiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Məlumata görə, təlim sentyabrın 12-də inteqrasiya olunmuş idarəetmə sisteminin fəaliyyətinin sınaqdan keçirilməsi məqsədilə təşkil olunub. Təlim zamanı artilleriya sistemlərindən və pilotsuz uçuş aparatlarından istifadə edilib. Atışları izləyən marşal Pak Conq Çon tətbiq edilən silah sistemlərinin “nəhəng dağıdıcı güc” nümayiş etdirdiyini bildirib. O, təlimin düşmənin silahlı qüvvələrini təşkilati və struktur baxımından təsirsiz hala gətirmək üzrə hazırlıq səviyyəsinin artırılmasına xidmət etdiyini vurğulayıb. Müxtəlif silahların eyni vaxtda atəşə tutulduğu təlimin və Cənubi Koreyanın hava hücumundan müdafiə sistemlərini dəf etmək imkanlarının inkişaf etdirilməsinə yönəldiyi qiymətləndirilir.

Bildirilib ki, Şimali Koreyanın təlimi ABŞ, və Yaponiyanın “Freedom Edge” hərbi təlimini başa çatdırmasından bir gün sonra keçirilib. Cənubi Koreya Baş Qərargahının sentyabrın 12-də yaydığı açıqlamada Şimali Koreyanın Şərq dənizi istiqamətində bir sıra qısa mənzilli raketlər buraxdığı diqqətə çatdırılıb. Raketlər dənizə düşməzdən əvvəl təxminən 250 kilometr məsafə qət edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…