Əsas məzmuna keç

Şimali Koreya Seulu mina partlayışı uydurmaqda ittiham edib

Şimali Koreya Seulu mina partlayışı uydurmaqda ittiham edib

Pxenyan BMT Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək sentyabrın 21-dəki mina partlayışının Cənubi Koreya tərəfindən uydurulduğunu iddia edib. Şimali Koreya Seulun ölkənin suverenliyini və ərazi bütövlüyünü pozacağı təqdirdə məsuliyyət daşıyacağını bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

(KXDR) Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına rəsmi məktub ünvanlayaraq, Koreyalararası Silahsızlaşdırılmış Zonada (DMZ) baş vermiş mina partlayışı ilə bağlı tərəfinin irəli sürdüyü ittihamları qətiyyətlə rədd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Şimali Koreyanın BMT-dəki Daimi Nümayəndəliyi Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi sənəddə sentyabrın 21-də qeydə alınan insidentin Seul tərəfindən uydurulduğunu iddia edib.

Pxenyan administrasiyası məktubda bildirib ki, Cənubi Koreya tərəfi bu addımı atmala Şimali Koreyanın cənub sərhədində həyata keçirdiyi mühəndis-istehkam və müdafiə xəttini möhkəmləndirmə işlərini ləngitmək və əngəlləmək amacı güdür.

TŞ-yə ünvanlanan sənəddə xəbərdarlıq edilib: “Cənubi Koreya xəbərdarlıqlarımıza baxmayaraq Şimali Koreyanın suverenliyini və ərazi bütövlüyünü pozmaq cəhdlərini davam etdirərsə, yaranacaq hərbi-siyasi nəticələrə görə tam cavabdehlik daşıyacaq”.

Koreya yarımadasında təhlükəsizlik mühiti son həftələrdə kəskin mürəkkəbləşib. Sentyabrın 21-də Silahsızlaşdırılmış Zonada piyada aleyhinə minanın partlaması nəticəsində 3 Cənubi Koreya əsgərinin ağır yaralanmasından sonra Seul insidentə görə birbaşa Pxenyanı təqsirləndirmişdi. Şimali Koreya isə məsuliyyəti rədd edərək, təmas xəttində hərbçilərinə qarşı hər hansı atəş açılacağı təqdirdə “dərhal və amansız” cavab zərbəsi endiriləcəyini bəyan edib.

Məsələ ilə bağlı oktyabrın 19-da rəsmi bəyanatla çıxış edən Koreya Fəhlə Partiyasının Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo-jonq cənub sərhədində “Cənubi Koreyalı hərbi quldurlar”ın hərəkətləri səbəbindən ciddi təhlükəsizlik risklərinin yarandığını iddia edib. Kim Yo-jonq cənub sərhədində taktiki zərbə vasitələrinin sayının artırılmasının və təbliğat səsgücləndiricilərinin bərpa olunmasının nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Öz növbəsində, Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cin Yon Son frontboyu hərbi hissələrə səfəri zamanı düşmənin ehtimal olunan yeni təxribatlarına qarşı ən sərt və qətiyyətli şəkildə cavab verilməsi barədə komandanlığa birbaşa tapşırıq verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…