Əsas məzmuna keç

Hüseynconi Bobocan Bakıda meydançaların çox yaxşı olduğunu deyib

Hüseynconi Bobocan Bakıda meydançaların çox yaxşı olduğunu deyib
— Foto: idman.biz

Tacikistan millisinin futbolçusu Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalına qatılmaqdan məmnun olduğunu bildirib.

en ru

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalında iştirak edəcək Tacikistan millisinin futbolçusu Hüseynconi Bobocan turnirin təşkilatçılığı və oyun meydançaları barədə fikirlərini bölüşüb.

AZƏRTAC-a istinadən verilən məlumata görə, futbolçu yarışın 15 yaşadək futbolçular arasında keçirilən ilk dünya çempionatı olduğunu deyib: “Turnirdə iştirak etməkdən məmnunuq. Məqsədimiz uğurlu nəticəyə nail olmaqdır”.

Bobocan təşkilatçılıq barədə müsbət fikirlər səsləndirib və oyun meydançalarının çox yaxşı olduğunu qeyd edib.

Tacikistanlı futbolçu və haqqında da danışıb. O, hələ şəhəri gəzmək imkanının olmadığını, Azərbaycanın isə gözəl ölkə olduğunu bildirib.

Dünya çempionatı oktyabrın 24-dən 30-dək keçiriləcək. Turnirdə 189 ölkənin iştirakı və minə yaxın oyunun təşkili nəzərdə tutulur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…