Əsas məzmuna keç

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
— Foto: Report.az

Bakıda oktyabrın 22-dən 30-dək keçiriləcək turnirə hazırlıq işləri davam edir. Yarış ilk dəfə təşkil olunacaq və dünyanın müxtəlif ölkələrindən gənc futbolçuları bir araya gətirəcək.

en ru

Azərbaycanda ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlıq işləri davam edir. Turnir 2026-cı il oktyabrın 22-dən 30-dək Bakıda təşkil olunacaq.

Yarış dünyanın müxtəlif ölkələrindən gənc futbolçuları paytaxtda bir araya gətirəcək. Qısa müddət ərzində turnirin və tədbirlərin keçiriləcəyi məkanlarda hazırlıq işləri aparılıb, zəruri infrastruktur və təşkilati proseslər üzrə işlər görülüb.

Turnir ərəfəsində hazırlanan promo videoda hazırlıq mərhələsindən kadrlar, görülən işlərin miqyası və qarşıdan gələn yarışın Bakıda yaratdığı futbol atmosferi əks olunub.

FIFA U-15 Dünya Çempionatı və Festivalı gənc futbolçuları beynəlxalq mühitdə bir araya gətirməklə yanaşı, Azərbaycana dünya futbolunun yeni nəslinə ev sahibliyi etmək imkanı yaradacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…