Əsas məzmuna keç

İran ABŞ-yə xəbərdarlıq etdi: "Növbəti mərhələ hələ qarşıdadır"

İran ABŞ-yə xəbərdarlıq etdi: "Növbəti mərhələ hələ qarşıdadır"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı hərbi infrastrukturunu hədəf aldığını bəyan edib.

en ru

İran İslam İnqilabı Keşikçiləri Korpusunun () sözçüsü, briqada generalı Hüseyn Mohebbi Vaşinqtona qarşı sərt xəbərdarlıq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Hüseyn Mohebbi hesabında paylaşdığı açıqlamada ABŞ-ni mövcud döyüş tempinin davamlı olacağına və ya münaqişənin uzunmüddətli aşınma müharibəsinə çevriləcəyinə ümid etməməyə çağırıb.

SEPAH sözçüsü bildirib ki, İranın hazırkı əməliyyatları ABŞ-nin regiondakı hücum infrastrukturunun məhv edilməsinə yönəlib. Onun sözlərinə görə, bundan sonra isə növbəti mərhələyə keçiləcək.

Bəyanat İordaniya, Küveyt, Bəhreyn, Qətər və Omanda yerləşən hərbi bazalarına qarşı bir neçə gün davam edən zərbələrdən sonra verilib.

Qeyd edək ki, ABŞ qüvvələri də cavab olaraq İranın cənub sahilləri boyunca yerləşən bir sıra hədəflərə zərbələr endirib. Xüsusilə, çərşənbə günü Bampur şəhərində yerləşən İran ordusunun kazarmasına endirilən hücum nəticəsində 7 hərbçinin həlak olduğu bildirilib. İran hökumətinin rəsmi sözçüsünün məlumatına görə, ABŞ-nin son zərbələri nəticəsində 30-dan çox mülki şəxs həyatını itirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…