ABŞ Pentaqonunun baş müfəttişi İranla müharibənin ilk aylarını əhatə edən xüsusi hesabat yayımlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici mətbuat sənədin təfərrüatlarına istinadən məlumat yayıb.
Məlumata görə, 28 fevral–30 iyun tarixlərini əhatə edən hesabatda İranın hücumlarının Küveyt, Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, İraq, Oman və İordaniyadakı ABŞ bazalarında yüzlərlə bina və qurğuya zərər vurduğu və ya onları sıradan çıkardığı qeyd olunub. Zərbələr fonunda ABŞ-nin əsas sursat ehtiyatlarının tükəndiyi, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) isə şəxsi heyəti və hərbi aktivləri fərqli məntəqələrə köçürmək məcburiyyətində qaldığı bildirilib. Həmçinin Bəhreyndəki hərbi dəniz mərkəzinin məhv edilməsi səbəbindən logistika mərkəzinin Dieqo Qarsia adasına keçirildiyi və təchizat müddətinin 14–18 günə qədər uzandığı vurğulanıb.
Bildirilib ki, hücumlar nəticəsində Yaxın Şərqdəki ABŞ diplomatik obyektlərinə dəyən ziyanın həcmi təxminən 184 milyon dollar təşkil edib. Ər-Riyaddakı səfirlik, Dubaydakı konsulluq və Küveytdəki diplomatik missiya dron hücumlarına məruz qalıb, Küveytdəki səfirlik müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hesabat dövründə 3 500-dək diplomatik əməkdaş regiondan təxliyə edilib və bir çox nümayəndəliklərdə iş rejimi məhdudlaşdırılıb.