Əsas məzmuna keç

Məkkədə yeni ittifaq: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistandan güc mesajı

Məkkədə yeni ittifaq: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistandan güc mesajı

Ankara, Riyad və İslamabad arasında imzalanan müdafiə paktı Yaxın Şərqdə yeni güc balansının formalaşmasına xidmət edir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Avqustun 7-də Məkkədə , və arasında imzalanan birgə müdafiə sazişi Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşması baxımından mühüm addım kimi qiymətləndirilir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, uzun illər ABŞ mərkəzli təhlükəsizlik sisteminin üstünlük təşkil etdiyi regionda bu anlaşma üç ölkənin öz müdafiə imkanlarını birləşdirmək və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətini nümayiş etdirir.

Anlaşmanın əsas müddəalarından birinə görə, üç ölkədən hər hansı birinə qarşı edilən silahlı hücum digər iki dövlətə qarşı da hücum kimi qiymətləndiriləcək.

Bu yanaşmanın əsas məqsədi mümkün təcavüzkar üçün hücumun potensial maliyyətini əvvəlcədən artırmaq və bununla da müharibənin qarşısını almaqdır.

Ekspertlərin fikrincə, ittifaqın əsas hədəfi müharibə baş verdikdən sonra cavab vermək deyil, güc balansı yaradaraq mümkün münaqişələrin qarşısını almaqdır.

“Asharq Al-Awsat” qəzetində dərc olunan təhlillərdə sazişin bəzi hərbi detallarının açıqlanmamasının da strateji üstünlük yarada biləcəyi qeyd olunur. Potensial təcavüzkar qarşılaşacağı cavabın miqyasını əvvəlcədən dəqiq hesablaya bilmədiyi üçün çəkindirmə mexanizminin daha effektiv işləyə biləcəyi bildirilir.

Səudiyyə Ərəbistanı üçün saziş təhlükəsizlik tərəfdaşlıqlarının şaxələndirilməsi baxımından əhəmiyyət daşıyır. Riyad ABŞ ilə strateji münasibətlərini qorumaqla yanaşı, Türkiyənin hərbi texnologiyalarını və Pakistanın hərbi təcrübəsini öz təhlükəsizlik sisteminə inteqrasiya etmək imkanı əldə edir.

Türkiyə isə bu anlaşma vasitəsilə Körfəz və Qırmızı dəniz hövzəsindəki rolunu gücləndirməklə yanaşı, müdafiə sənayesi üçün yeni əməkdaşlıq və bazar imkanları qazana bilər.

İranın sazişə münasibəti isə fərqli reaksiyalarla müşayiət olunur. Tehrandakı bəzi dairələr anlaşmanı İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsi kimi müsbət qiymətləndirsə də, daha radikal çevrələr bunu mümkün təhlükə kimi dəyərləndirirlər.

İsrail tərəfində də yeni ittifaqın balansına təsiri ilə bağlı narahatlıqların olduğu bildirilir.

Analitiklərin fikrincə, üç ölkənin Hindistan, Çin, və ABŞ ilə fərqli səviyyələrdə münasibətlərə malik olması yeni ittifaqa yalnız hərbi deyil, diplomatik əhəmiyyət də qazandırır.

Gələcəkdə bu mexanizmin təkcə qarşılıqlı müdafiə məqsədilə deyil, regionda münaqişələrin həlli və tərəflər arasında vasitəçilik missiyalarının həyata keçirilməsi üçün də istifadə olunması mümkündür.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…