Əsas məzmuna keç

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər

İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər

Tehran və Ər-Riyad arasında keçirilən telefon danışığında Yaxın Şərqdəki son hərbi və siyasi vəziyyət diqqət mərkəzində olub.

en ru

İranın naziri Seyid Abbas Araqçı və Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan arasında bazar ertəsi səhər saatlarında baş tutub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbə verir ki, tərəflər regionda cərəyan edən son hadisələri və təhlükəsizlik məsələlərini ətraflı şəkildə müzakirə ediblər.

Məlumata görə, nazirlər arasında aparılan dialoq zamanı bir sıra vacib mövzulara toxunulub:

  • İran silahlı qüvvələrinin aprelin 8-də əldə olunmuş atəşkəs rejiminin pozulmasına verdiyi cavab tədbirləri;
  • İsrailin Livan və regionun digər ərazilərinə qarşı davam edən hərbi əməliyyatları;
  • Regional sabitliyin bərpası üçün diplomatik səylərin gücləndirilməsi.

Bu telefon danışığı, Yaxın Şərqdə baş verən son siyasi və təhlükəsizlik dəyişiklikləri fonunda regional dövlətlər arasında davam edən diplomatik məsləhətləşmələrin bir hissəsi kimi qiymətləndirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…