Əsas məzmuna keç

İran Səudiyyə Ərəbistanı və husilər arasında vasitəçilik təklif edib

İran Səudiyyə Ərəbistanı və husilər arasında vasitəçilik təklif edib

İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanındakı həmkarı ilə telefon danışığında böhranın hərbi yolla həllinin gərginliyi artıra biləcəyini deyib. O, tərəflər arasında dialoqun bərpasına kömək etməyə hazır olduqlarını bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanata əsasən, naziri Abbas Əraqçi ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri arasında olub. Söhbət zamanı Yəmən ətrafında və geniş regionda yaranan son hərbi-siyasi gərginlik ətraflı müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, A.Əraqçi təmas zamanı ilə husilər arasındakı qarşıdurmanın hərbi vasitələrlə nizamlanmasına yönələn səylərin regionda böhranı daha da dərindən dərinləşdirə biləcəyini vurğulayıb və qarşı tərəfə siyasi dialoq təklif edib. İranlı nazir Tehranın böhranın aradan qaldırılması və tərəflər arasında danışıqlar prosesinin bərpası istiqamətində zəruri vasitəçilik və hərtərəfli yardıma hazır olduğunu bildirib.

Diplomatik təmas Səudiyyə Ərəbistanının mülki infrastruktura qarşı təkrarlanan hücumların və Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı həssas dövrə təsadüf edir. Xatırladaq ki, oktyabrın 10-da paytaxt Ər-Riyad şəhərində Kral Xalid Beynəlxalq Hava Limanına edilən raket hücumu nəticəsində 13 nəfər həlak olub, yüzlərlə dinc sakin yaralanıb.

Yəmən hökumətinə dəstək verən Ərəb Koalisiyası yaydığı rəsmi açıqlamada həmin hücuma görə İranın dəstəklədiyi husi qruplaşmasını məsul tutub və terror aktına qətiyyətlə cavab veriləcəyini bəyan edib.

Qeyd edək ki, İranın dəstəyini alan husilər 2014-cü ilin sentyabr ayından Yəmənin paytaxtı Səna şəhərinə və ölkənin bir sıra strateji ərazilərinə nəzarət edirlər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini müdafiə etmək məqsədilə 2015-ci ilin martından etibarən ölkədə hərbi əməliyyatlar həyata keçirirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…