Əsas məzmuna keç

Trampın jurnalistləri Ağ Evdən çıxarmaq planı müzakirə olunur

Trampın jurnalistləri Ağ Evdən çıxarmaq planı müzakirə olunur

“The New York Times”ın mənbələrə istinadən yaydığı məlumata görə, Donald Tramp jurnalistlərin Ağ Ev binasından çıxarılmasını istəyib. Ağ Ev rəsmisi bütün variantların müzakirə olunduğunu bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Birləşmiş Ştatlar Prezidenti Trampın Ağ Ev binasında yerləşən mətbuat mərkəzini ləğv edərək jurnalistləri rezidensiyadan kənarlaşdırmaq və tarixi Ceyms S. Bredi Mətbuat Brifinqi Zalını əvvəlki - qapalı üzgüçülük hovuzu vəziyyətinə qaytarmaq təşəbbüsü yenidən Vaşinqtonun siyasi gündəminə gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in"The New York Times" qəzetinə istinadən yaydığı məlumata görə, avqust ayında Oval kabinetdə keçirilən qapalı müşavirələrin birində mətbuat korpusunun Ağ Evin əsas binasından tamamilə çıxarılması tələbini irəli sürüb. Avqustun 27-də vəzifəsindən ayrılan keçmiş mətbuat katibi Karolin Livitt dövlət başçısının dəfələrlə dilə gətirdiyi bu istəyini logistik və siyasi risklər səbəbindən icra etməkdən çəkinib.

Qeyd edək ki, hazırkı mətbuat zalı 1933-cü ildə Birləşmiş Ştatların keçmiş Prezidenti Franklin D. Ruzveltin poliomielit xəstəliyindən zədələnmiş ayaqlarını müalicə etmək məqsədilə tikdirilən qapalı üzgüçülük hovuzunun yerində inşa edilib. 1970-ci illərdə hovuzun üstü örtülərək media nümayəndələri üçün brifinq zalına çevrilib.

Ağ Ev rəhbərliyi mətbuat nümayəndələrini rezidensiyanın yaxınlığında yerləşən Eyzenhauer İdarəetmə Binasına köçürmək variantını nəzərdən keçirir. Bununla belə, prezidentin müşavirləri logistika mürəkkəblikləri və media ilə yaranacaq siyasi qarşıdurma ehtimalını nəzərə alaraq plana ehtiyatla yanaşırlar. Sözügedən təklif Trampın birinci prezidentlik dövründə (2016, 2017) və 2024-cü ilin təhvil-təslimlərində də gündəmə gəlsə də, kəskin etirazlar səbəbindən dondurulmuşdu.

Trampın mediada yayılan qərəzli xəbərlərə reaksiyası kəskinləşdikcə, Ağ Ev Mətbuat Xidmətində məhdudiyyətlər sərtləşdirilib. Ötən payızdan etibarən jurnalistlərin əvvəlcədən rəsmi razılıq olmadan mətbuat katibinin iş otaqlarının yerləşdiyi “Yuxarı mətbuat” (Upper Press) zonasına daxil olması qadağan edilib.

Ağ Evin Kommunikasiya direktoru Stiven Çeunq məsələyə münasibət bildirərək, ictimaiyyətinin yalan və etibarsız mənbələrə əsaslanan xəbərlərə görə ənənəvi mediaya inamının itdiyini vurğulayıb: “Bütün variantlar masadadır. Müvafiq vaxtda rəsmi açıqlama veriləcək”, – deyə o bəyan edib.

Ötən ayın sonunda Donald hesabında hazırkı mətbuat zalının ("Yalan xəbər" başlığı ilə) və bərpa olunması planlaşdırılan qapalı hovuzun ("Ruzvelt hovuzu" başlığı ilə) fotolarını paylaşaraq niyyətini nümayiş etdirib.

Hazırda Ceyms S. Bredi zalında akkreditasiyadan keçmiş 1 000-dən çox jurnalist üçün cəmi 49 oturacaq yeri mövcuddur. İş şəraitinin darlığına və infrastrukturun yetərsizliyinə baxmayaraq, Vaşinqton müxbirləri Ağ Ev binasından kənara çıxarılmağa qətiyyətlə qarşı dururlar. Onlar hesab edirlər ki, rezidensiyadan fiziki baxımdan uzaqlaşdırılma informasiya almaq imkanlarını kəskin məhdudlaşdıracaq və gələcək administrasiyalar üçün mənfi presedent yaradacaq.

Xatırladaq ki, oxşar təşəbbüs Bill Klintonun prezidentliyi dövründə də (1993) birinci xanım Hillari Klinton tərəfindən irəli sürülsə də, kütləvi etirazlardan sonra kənara qoyulmuşdu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…