Hazırda Nyu-Yorkda UFC 334 turniri keçirilir. Gecənin əsas döyüşündən əvvəlki qarşılaşmasında bantam çəki dərəcəsinin çempionu, amerikalı Kayla Harrison keçmiş çempion, braziliyalı Amanda Nuneslə üz-üzə gəlib.
Döyüş Harrisonun qələbəsi ilə başa çatıb. O, rəqibini dördüncü raundda boğucu fəndlə təslim olmağa məcbur edib.
Beləliklə, 36 yaşlı Harrison UFC çempionluq titulunu ilk dəfə qoruyub. Nunes əvvəllər bantam və yarım yüngül çəki dərəcələrində çempion olub.